Azərbaycan Premyer Liqası: XXIV tur Qəbələdə start götürəcək

Azərbaycan Premyer Liqası: XXIV tur Qəbələdə start götürəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.

NUHÇIXAN xəbər verir ki, günün yeganə matçında "Kəpəz" və "Qəbələ" komandaları üz-üzə gələcəklər.

Gəncə təmsilçisi bu qarşılaşmada nominal meydan sahibi olacaq. Görüş saat 17:00-da başlayacaq. Matçı Rəvan Həmzəzadə idarə edəcək.

"Sarı-göylər" 20 xalla 9-cu, "Qəbələ" isə 15 xalla 10-cu pilədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XXIV

23 fevral

17:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM