satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: "Qarabağ" 1/8 finala yüksəldiyi üçün 1,2 milyon avro qazanıb

Avropa Liqası: "Qarabağ" 1/8 finala yüksəldiyi üçün 1,2 milyon avro qazanıb

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu mübarizədən kənarlaşdıran "Qarabağ"ın qazandığı mükafatın məbləği bəlli olub.

Naxçıvan televiziyası xəbər verir ki, 1/8 finala yüksələn ölkə çempionu Avropa futbol qurumundan 1,2 milyon avro alacaq.

Qeyd edək ki, "köhlən atlar" Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub. Burada "Braqa"dan güclü olan (2:1) Ağdam klubu ümumi hesabda (6:5) Portuqaliya təmsilçisini üstələyərək mərhələ adlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM