satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: “Turan Tovuz” “Neftçi”ni, “Səbail” “Sabah”ı sınağa çəkəcək

Premyer Liqa: “Turan Tovuz” “Neftçi”ni, “Səbail” “Sabah”ı sınağa çəkəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha iki matçı keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Görüş saat 15:00-da start götürəcək.

Hazırda paytaxt təmsilçisi 35 xalla üçüncü, tovuzlular 30 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci qarşılaşmasında isə “Səbail” “Sabah”ı sınağa çəkəcək. “ASCO Arena”da oynanılacaq matç saat 17:30-da başlayacaq.

24 turdan sonra hər iki komandanın aktivində 31 xal var. “Səbail” beşinci, “Sabah” yeddinci sıradadır.

Qeyd edək ki, açılış oyununda “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. Turun son iki matçı fevralın 25-də reallaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM