satellite   Azerspace-1: 11135 H 30000

"Real"ın futbolçusu aprelin ortalarında yaşıl meydanlara qayıdacaq

"Real"ın futbolçusu aprelin ortalarında yaşıl meydanlara qayıdacaq

İspaniyanın "Real" klubunun zədəli futbolçusu Eder Militaonun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli olub.

Naxçıvan televiziyası “Relevo” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin aprelin ortalarında sıraya dönmək ehtimalı böyükdür.

Braziliyalı oyunçunun tezliklə məşqləri bərpa edəcəyi gözlənilir.

Qeyd edək ki, Eder Militao 2019-cu ildə Portuqaliyanın "Portu" klubundan "Real"a keçib. O, bu müddət ərzində 143 matça çıxıb, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM