satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: bu gün “Zirə” səfər, “Qarabağ” ev oyununa çıxacaq

Premyer Liqa: bu gün “Zirə” səfər, “Qarabağ” ev oyununa çıxacaq

Azərbaycan Premyer Liqasında XXIV tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, hər iki görüş Bakıda baş tutacaq.

İlk olaraq “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək. Hesabında 32 xal olan “Zirə”nin rəqibini cəmi 1 xal qabaqlaması matça marağı daha da artırır. Hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan naxçıvanlılar qələbə qazanmaqla 4-cü yerə qədər irəliləyə biləcəklər. Paytaxt təmsilçisi isə uğursuz seriyaya son qoymaq əzmindədir. Rəşad Sadıqovun yetirmələri 10 turdur qələbə qazana bilmirlər.

Turun son görüşündə lider “Qarabağ” ən yaxın izləyicisi “Sumqayıt”ı sınağa çəkəcək. Avrokuboklarda yeni tarix yazan Qurban Qurbanovun kollektivi bu görüşdə qalib gəlməklə aradakı xal fərqini 18-ə yüksəldə bilər. Hazırda “Qarabağ” 51 xala malikdirsə, “Sumqayıt”ın hesabında 36 xal var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”ni (2:1), “Səbail” “Sabah”ı (2:0) məğlub edib, “Turan Tovuz”la “Neftçi” (1:1) bərabərə qalıblar.

Azərbaycan Premyer Liqası

XXIV tur

25 fevral

16:30. “Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Dalğa Arena”

19:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Tofiq Bəhramov adına Respublika stadionu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM