satellite   Azerspace-1: 11135 H 30000

Serxio Aquero karyerasını bir neçə oyunluq bərpa edə bilər

Serxio Aquero karyerasını bir neçə oyunluq bərpa edə bilər

Argentina millisinin sabiq futbolçusu Serxio Aquero karyerasını bir neçə oyunluq bərpa edə bilər.

Naxçıvan televiziyası-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, 35 yaşlı hücumçu ölkəsinin “İndependyente” klubunun formasını geyinməyə hazırlaşır.

Forvard canlı yayım zamanı kardioloqdan futbol oynamağa hazır olub-olmadığını soruşub. Cavab müsbət olduğundan, Aquero “İndependyente”nin bir neçə yoldaşlıq görüşündə komandanın formasını geyinmək təklifinə isti yanaşır.

Qeyd edək ki, “İndependyente”nin yetirməsi olan Serxio Aquero 2003-2006-cı illərdə əsas komandanın formasını geyinib. O, 2021-ci ildə ürəyində yaranan problem səbəbindən karyerasını başa vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM