satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” stadionu hazır olana qədər “Liv Bonadea Arena”da oynayacaq

“Araz-Naxçıvan” stadionu hazır olana qədər “Liv Bonadea Arena”da oynayacaq

“Araz-Naxçıvan” stadionu hazır olana qədər “Liv Bonadea Arena”da oynayacaq.

Naxçıvan televiziyası-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.

O bildirib ki, “Liv Bonadea Arena” ilə mövsümün sonuna qədər müqavilə imzalandığından, ev oyunlarını keçirməklə bağlı problemləri yoxdur: “Naxçıvan şəhər stadionu hazır olana qədər komanda ev oyunlarını burada keçirəcək. Növbəti mövsümlə bağlı məsələlər yayda müzakirə olunacaq. Bizə heç kim deməyib ki, “Liv Bonadea Arena”da oynaya bilməzsiniz. Naxçıvan şəhər stadionu nə vaxt istifadəyə hazır olsa, komanda ev matçlarını orada keçirəcək”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında 24 turdan sonra 31 xalla səkkizinci yerdə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM