satellite   Azerspace-1: 11135 H 30000

Kriştiano Ronaldo cəzalandırılıb

Kriştiano Ronaldo cəzalandırılıb

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun nalayiq davranışı araşdırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, “Əl-Şəbab”la yerli çempionat matçında 39 yaşlı hücumçu rəqib azarkeşlərə nalayiq jest edib.

O, azarkeşlərin Lionel Messi ilə bağlı şüarlarına təhqiramiz reaksiya verib.

Etika və İntizam Komitəsi portuqaliyalı futbolçunu bir oyunluq diskvalifikasiya edib. Bundan əlavə, Kriştiano 2400 avro cərimələnib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldo 20 oyun keçirib, 22 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM