satellite   Azerspace-1: 11135 H 30000

“Mançester Yunayted”in baş məşqçisi “Fulhem” klubundan üzr tələb edib

“Mançester Yunayted”in baş məşqçisi “Fulhem” klubundan üzr tələb edib

“Mançester Yunayted” klubunun baş məşqçisi Erik Ten Haq digər İngiltərə təmsilçisi “Fulhem”dən oyunçusu Bruno Fernandeşi təhqir etdiyi üçün üzr istəməyi tələb edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Hollandiyalı mütəxəssis “TikTok” sosial platformasında və “Fulhem”in rəsmi səhifəsində Bruno Fernandeşin təhqir olunduğuna dair video paylaşıldığını iddia edib.

“Bu videodan xəbərim yox idi. Əgər bu, klub tərəfindən edilibsə, bunun düzgün olmadığını hesab edirəm. Bir komanda üçün bu cür postların paylaşılması doğru addım deyil. Onlar belə bir paylaşıma görə mütləq üzr istəməlidirlər”, - deyə Ten Haq bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı “Fulhem” tərəfindən reaksiya gəlməyib. Komanda "Mançester Yunayted"in futbolçusunun zədələndiyi epizoda etiraz əlaməti olaraq sözügedən videonu paylaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM