satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqası: “Zirə” “Turan Tovuz”u, “Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edəcək

Azərbaycan Premyer Liqası: “Zirə” “Turan Tovuz”u, “Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunları keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, günün ilk görüşü “Zirə” və “Turan Tovuz” komandaları arasında olacaq. Zirə İdman Kompleksindəki matç saat 16:00-da start götürəcək.

Günün növbəti oyunu isə Masazırda keçiriləcək. Burada “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Bank Respublika Arena”sında oynanılacaq görüş 18:30-da başlayacaq.

Ötən gün turun açılış qarşılaşmasında “Kəpəz” səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM