satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanla heç-heçə edib

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanla heç-heçə edib

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə növbəti yoldaşlıq görüşünü keçirib.

Azərbaycan Şahmat Federasiyasından Naxçıvan televiziyası-a bildirilib ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma 4-cü turda heç-heçə oynayıb.

Hesabat turunda üç partiya bərabərliklə başa çatıb. Millinin heyətində Günay Məmmədzadə məğlub olduğu halda Gövhər Beydullayeva qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5:2,5 hesabı ilə tamamlanıb.

5-ci turda yığmada üç şahmatçı ağlarla, iki şahmatçı isə qara fiqurlarla oynayacaq. Yoldaşlıq oyunu rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.

Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM