satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”ı erkən qolla məğlub edib

Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”ı erkən qolla məğlub edib

Türkiyə Superliqasının 28-ci turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, oyunu Halil Umut Melerin rəhbərlik etdiyi arbitrlər briqadası idarə edib.

Oyun erkən qolla başlayıb: artıq 2-ci dəqiqədə “Qalatasaray” Əl-Müsrətinin avtoqolundan sonra hesabda irəli çıxıb. Kərəm Dəmirbayın künc ötürməsindən sonra cərimə meydançasında yaranan qarışıqlıqda Əl-Müsrəti topu səhvən tora göndərib.

19-cu dəqiqədə “ağ-qaralar” hesabı bərabərləşdirməyə yaxın olublar: Milot Raşitsanın kornerdən atdığı top qapı tirinə dəyərək meydanı tərk edib.

40-cı dəqiqədə “sarı-qırmızılar” fərqi artırmağa cəhd etsə də, qapıçı Mert Günokun inamlı oyunu komandanı qoldan xilas edib. Bənzər epizod bu dəfə “Qalatasaray”ın qapısı qarşısında olub: 61-ci dəqiqədə qapıçı Muslera Gezzalın zərbəsini dəf edib.

88-ci dəqiqədə “Beşiktaş”ın müdafiəçisi Omar Kolli sərt oyuna görə qırmızı vərəqə alaraq matçdan qovulub.

Beləliklə, oyun qonaqların minimal üstünlüyə ilə başa çatıb – 0:1.

Qeyd edək ki, 28 oyundan sonra “Qalatasaray” 75 xalla turnir cədvəlinin zirvəsindədir. Digər İstanbul təmsilçisi “Fənərbağça” isə 73 xalla onun ən yaxın təqibçisidir. “Beşiktaş” isə 46 xalla dördüncü pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM