satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ”ın rəqibi Bundesliqada unikal göstəriciyə imza atıb

“Qarabağ”ın rəqibi Bundesliqada unikal göstəriciyə imza atıb

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində rəqibi olan Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso Bundesliqada unikal göstəriciyə imza atıb.

Naxçıvan televiziyası xəbər verir ki, komandası onun rəhbərliyi altında keçirdiyi ilk 50 görüşün 33-də qələbə qazanmaqla bunu reallaşdırıb.

İspaniyalı mütəxəssis Bundesliqa tarixində ilk 50 matçında ən çox qalibiyyət sevinci yaşayan üçüncü çalışdırıcı olub. O, yalnız “Bavariya”nın sabiq baş məşqçiləri Hans-Diter Flik və Pep Qvardioladan geri qalır. Flik təyinatından sonrakı 50 qarşılaşmanın 40-da, rekordçu Qvardiola isə 42-də qələbəyə sevinib.

Qeyd edək ki, “Bayer 04” hazırda 64 xalla Bundesliqaya başçılıq edir. Leverkuzen təmsilçisi növbəti oyununu martın 7-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM