satellite   Azerspace-1: 11135 H 30000

İddiaçılar Turnirinin püşkü atılıb, Nicat Abasov ilk turda rusiyalı şahmatçı ilə üz-üzə gələcək

İddiaçılar Turnirinin püşkü atılıb, Nicat Abasov ilk turda rusiyalı şahmatçı ilə üz-üzə gələcək

Kanadanın Toronto şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin püşkü atılıb.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.

28 yaşlı qrossmeyster ikinci turda ABŞ təmsilçilərindən Fabiano Karuana ilə görüşəcək.

Abasov üçüncü turda bu ölkənin digər şahmatçısı Hikaru Nakamura ilə, dördüncü turda fransalı Əlireza Firuzca, beşinci turda hindistanlı Dommaracu Qukeş, altıncı turda Qukeşin həmyerlisi Rameşbabu Praqnanandha, yeddinci turda digər hindistanlı Santoş Viditlə görüşəcək.

Azərbaycan şahmatçısı ikinci dövrədə, 8-14-cü turlarda eyni ardıcılıqla görüşlər keçirəcək.

Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-i aralığında reallaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM