satellite   Azerspace-1: 11135 H 30000

"Valensiya" -"Real Madrid" oyununda qalmaqala səbəb olan hakim işindən kənarlaşdırılıb

"Valensiya" -"Real Madrid" oyununda qalmaqala səbəb olan hakim işindən kənarlaşdırılıb

İspaniya La Liqasının XXVII turunda "Valensiya" -"Real Madrid" matçını idarə edən Xesus Gil Manzano müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Naxçıvan televiziyası İspaniya mətbuatına istinadən xəbər verir ki, buna qarşılaşmanın son anlarında hakimin verdiyi mübahisəli qərar səbəb olub. Belə ki, "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem əlavə olunuş dəqiqələrdə Brahim Diazın ötürməsindən sonra topu tora göndərsə də, ondan bir neçə saniyə əvvəl baş hakim final fitini səsləndirib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Xesus Gil Manzanonun qərarı paytaxt təmsilçisinin futbolçularının hiddətinə səbəb olub. Cud Bellinqem və Antonio Rudiger mübahisəyə görə qırmızı vərəqə alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM