satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” – “Bayer” oyununun hakimləri bəlli olub

“Qarabağ” – “Bayer” oyununun hakimləri bəlli olub

UEFA Avropa Liqasının 1/8 mərhələsində Bakıda keçiriləcək “Qarabağ” və “Bayer” komandaları arasındakı matçın təyinatları açıqlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, görüş Fransadan olan hakimlər briqadasında həvalə olunub. Matçda ədaləti Benoit Bastien qoruyacaq. Ona xətt hakimləri Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ceremi Piqnard yerinə yetirəcək.

VAR-da Benua Millot, onun köməkçisi isə Erik Uattelye olacaq. Hakim-inspektor funksiyasını bolqarıstanlı İçko Lozev yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk matçını martın 7-də Bakıda, cavab qarşılaşmasını isə bir həftə sonra Leverkuzendə keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM