satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan idmançılarının mart ayı üçün reytinq cədvəli açıqlanıb

Azərbaycan idmançılarının mart ayı üçün reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il martın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova liderlik edir. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir. 430 xal toplayan idman gimnastı Nikita Simonov isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM