satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə klubunda çıxış edən futbolçu Azərbaycan millisinə çağırılıb

Türkiyə klubunda çıxış edən futbolçu Azərbaycan millisinə çağırılıb

Türkiyənin "Boluspor" klubunun futbolçusu Vüsal İsgəndərli Azərbaycan millisinə dəvət alıb.

Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi martda “FIFA series–Edition 2024” turniri çərçivəsində Monqolustan və Bolqarıstana qarşı keçiriləcək matçlar üçün yığmaya cəlb ediləcək.

Qeyd edək ki, turnirin görüşləri Bakıda gerçəkləşəcək. Vüsal İsgəndərli son olaraq 2020-ci ilin sonlarında milliyə çağırılıb. O, ilin əvvəlində Bolu klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM