satellite   Azerspace-1: 11135 H 30000

"Zirə" çempionat oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək

"Zirə" çempionat oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək

Azərbaycan Premyer Liqasının XXVII turunun "Zirə" - "Kəpəz" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Paytaxt təmsilçisi Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparıldığı üçün PFL-ə müraciət edib.

Stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq "Zirə" - "Kəpəz" matçının mərkəzi arenada təşkili qərara alınıb. Matç martın 16-da, saat 16:00-da keçiriləcək.

“Zirə” Azərbaycan Kubokunun yarımfinal oyunundan etibarən Zirə İdman Kompleksinin stadionuna qayıdacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM