satellite   Azerspace-1: 11135 H 30000

"Qalatasaray" əsas qapıçısı ilə müqavilənin müddətini uzadır

"Qalatasaray" əsas qapıçısı ilə müqavilənin müddətini uzadır

Türkiyənin "Qalatasaray" klubu əsas qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzatmağa çox yaxındır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira bildirib.

Onun sözlərinə görə, 37 yaşlı qolkiperin yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulacaq. Uruqvaylı oyunçunun hazırkı müqaviləsi yayda başa çatır.

Qeyd edək ki, 2011-ci ildən "Qalatasaray"da çıxış edən Muslera "sarı-qırmızılar"la 6 dəfə ölkə çempionu olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM