satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ"ın Almaniyaya səfər proqramı müəyyənləşib

"Qarabağ"ın Almaniyaya səfər proqramı müəyyənləşib

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ün qonağı olacaq "Qarabağ"ın Almaniyaya səfər proqramı müəyyənləşib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Report"a Azərbaycan çempionunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

"Köhlən atlar" martın 12-də, saat 18:15-də Kölnə, oradan isə Leverkuzenə yollanacaq. Martın 13-də, yerli vaxtla saat 17:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 17:30-da komandanın açıq məşqçi gerçəkləşəcək.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM