satellite   Azerspace-1: 11135 H 30000

İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçiriləcək

İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçiriləcək

Martın 13-də İrəvanda “Birlikdə” hərəkatının Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqi keçiriləcək.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hərəkatın nümayəndəsi, sabiq baş nazir Qrant Baqratyan məlumat verib.

Onun sözlərinə görə, mitinq İrəvanda yerləşən "Azadlıq" meydanında baş tutacaq.

Q.Baqratyan bildirib ki, hərəkat nümayəndələri vətəndaşları mövcud hakimiyyətə qarşı etiraz aksiyalarına qoşulmağa çağırmaq üçün bir çox mühüm görüşlər keçirib:

“Vətəndaşları tədricən mübarizəyə qaldıracağıq. Xalq bizə qoşulmalıdır. Biz bütün müxalifət qüvvələri ilə əməkdaşlığa açığıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM