satellite   Azerspace-1: 11135 H 30000

Hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu cəzalandırılıb

Hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu cəzalandırılıb

Azərbaycan Premyer Liqasının XXVI turunda “Turan Tovuz”la oyunda hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu Vüsal Şabanov cəzalandırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, komandasının 0:2 hesabı ilə məğlub olduğu matçın 78-ci dəqiqəsində qırmızı vərəqə alan oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Bu, “Araz-Naxçıvan”ın 3000 manat cərimələnməsinə səbəb olub. Görüşdə 4 futbolçusu sarı vərəqə alan naxçıvanlılar daha 700 manat cərimə ediliblər. “Turan Tovuz” isə 6 oyunçusunun sarı vərəqə alması ucbatından 700 manat ziyana düşüb.

“Kəpəz” – “Neftçi” qarşılaşmasında birincilərin azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən, Gəncə təmsilçisi 1000 manat cərimə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM