satellite   Azerspace-1: 11135 H 30000

“Barselona”nın müdafiəçisi: Gələcəyim öz əlimdə deyil

“Barselona”nın müdafiəçisi: Gələcəyim öz əlimdə deyil

İspaniyanın “Barselona” komandasının müdafiəçisi Ronald Arauxo klubdakı gələcəyi barədə danışıb.

Naxçıvan televiziyası xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İtaliya “Napoli”sinə 3:1 hesabı qalib gəldikləri cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandıran 25 yaşlı futbolçu gələcəyinin öz əlində olmadığını bildirib: “Mənim gələcək karyeram “Barselona”dan asılıdır. Bu komandada futbol oynadığım üçün çox xoşbəxtəm. Ancaq qərarları mən deyil, rəhbərlik verir. Baş məşqçimiz Xaviyə çox minnətdaram. O, hər zaman mənə dəstək olur”.

Qeyd edək ki, Ronald Arauxonun Kataloniya təmsilçisi ilə 2026-cı ilədək müqaviləsi var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM