satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan güləşçiləri Qazaxıstanda 10 medal qazanıblar

Azərbaycan güləşçiləri Qazaxıstanda 10 medal qazanıblar

Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri başa çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, 10 ölkənin təmsil olunduğu yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən U-20 milli komandanın 10 üzvü fəxri kürsüyə qalxıb.

Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram) və Davud Məmmədov (77 kq) çempion olub. İsmayıl Rzayevlə (82 kiloqram) gümüş Əli Quliyev (87 kiloqram) gümüş, Hüseyn Savadovla (55 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram), Təvəkgül Həziyev (67 kiloqram), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə edib.

Beləliklə, komandamız turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medalla başa vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM