satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqasının favoritləri sırasında dəyişiklik edilib

Çempionlar Liqasının favoritləri sırasında dəyişiklik edilib

Opta superkompüteri Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimindən sonra yarışın favoritləri sırasında dəyişiklik edib.

Naxçıvan televiziyası xəbər verir ki, qitənin bir nömrəli klub turnirində qalib ola biləcək kollektivlər açıqlanıb.

İngiltərənin "Liverpul" komandası 17,2 faizlə birinci pillədə qərarlaşıb.

İspaniya təmsilçisi "Barselona" 15,4 faizlə ikinci, İngiltərənin "Arsenal" kollektivi 13,6 faizlə üçüncü sırada göstərilib.

Növbəti sıralarda İtaliyanın "İnter" (12,7 faiz), İspaniyanın "Real" (11,6 faiz), Fransanın PSJ (8,8 faiz), Almaniyanın "Bayer 04" (5,8), "Bavariya" (4,8 faiz), İspaniyanın "Atletiko" (2,9 faiz) və Fransanın "Lill" (1,4 faiz) klubları yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM