Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hakimlər ən müasir qulaqlıqlardan istifadə edəcəklər

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hakimlər ən müasir qulaqlıqlardan istifadə edəcəklər

May ayında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hakimlər yeni qulaqlıqlardan istifadə edəcəklər.

NTV  xəbər verir ki, Dünya Minifutbol Federasiyası bununla bağlı “BluCom Communications” şirkəti ilə uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzalayıb.

Ən müasir qulaqlıqlar oyunlar zamanı hakimlər üçün ünsiyyətin və matçların idarə edilməsinin təkmilləşdirilməsində əsas rol oynayacaq.

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM