satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın iki güləşçisi İranda medal qazanıb

Azərbaycanın iki güləşçisi İranda medal qazanıb

Azərbaycanın 20 yaşadək iki güləşçisi İranın Behşehr şəhərində keçirilən “Necad Haşimi kuboku” turnirində medal qazanıb. 

Bu barədə NTV-yə Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

İlk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib.

7 ölkə idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə Azərbaycanın U-20 milli komandasının 2 üzvü fəxri kürsüyə qalxıb. Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.

Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, bu gün 61, 70, 79, 92 və 125 kq-da medalçılar məlum olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM