satellite   Azerspace-1: 11135 H 30000

Ordubad komandasının atletləri ölkə çempionatında yeni uğurlar qazanıb - FOTOLAR

Ordubad komandasının atletləri ölkə çempionatında yeni uğurlar qazanıb<font color=red> - FOTOLAR</font> Ordubad komandasının atletləri ölkə çempionatında yeni uğurlar qazanıb<font color=red> - FOTOLAR</font> Ordubad komandasının atletləri ölkə çempionatında yeni uğurlar qazanıb<font color=red> - FOTOLAR</font> Ordubad komandasının atletləri ölkə çempionatında yeni uğurlar qazanıb<font color=red> - FOTOLAR</font> Ordubad komandasının atletləri ölkə çempionatında yeni uğurlar qazanıb<font color=red> - FOTOLAR</font>

Cəlilabad rayonunda kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikasını Ordubad rayon komandasından 6 idmançı təmsil edib. Komanda üzvləri 1-i qızıl, 2-si gümüş və 1-i bürünc olmaqla, ümumilikdə 4 medal qazanıblar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, təmsilçilərimizdən ən yüksək nəticə Namiq Babayevə məxsusdur. O, 2 km məsafədə bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb və qızıl medalın sahibi olub. Komandası ilə məşqçi və idmançı qismində yarışda iştirak edən təcrübəli atlet Əmrah Nağıyev isə 10 km məsafə üzrə gümüş medalçı olub. Nəticələr baxımından daha bir sevindirici məqam komandadakı qızların ilk medal sevinci yaşaması olub. Belə ki, Aysel Hüseynova 1 km məsafədə gümüş,  Aylin Bədəlli isə 2km məsafədə bürünc medal qazanmağa müvəffəq olublar. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM