satellite   Azerspace-1: 11135 H 30000

AFFA “Neftçi”ni 23 000 manat məbləğində cərimələyib

AFFA “Neftçi”ni 23 000 manat məbləğində cərimələyib

“Neftçi” klubu 23 000 manat məbləğində cərimələnib.

NTV xəbər verir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul edilib.

Buna Bakı klubunun azarkeşlərinin Misli Premyer Liqasının XXIII turunda “Turan Tovuz”la matçdakı davranışı səbəb olub. Belə ki, “Neftçi” azarkeşlər tərəfindən təhqiredici pankart açıldığına görə 15 000, hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığı üçün isə 8000 manat cərimə ödəyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM