Futbol üzrə Türkiyə millisinin dünya çempionatında ilk oyununu idarə edəcək baş hakim açıqlanıb.
NTV xəbər verir ki, D qrupunda Avstraliya ilə keçiriləcək görüş venesuelalı FIFA referisi Xesus Valensuelaya tapşırılıb.
İyunun 14-də Kanadanın Vankuver şəhərindəki “Bi-Si Pleys” arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
Türkiyə millisi D qrupunda növbəti oyunlarını iyunun 20-də Paraqvaya, 26-da isə ABŞ-yə qarşı keçirəcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
