satellite   Azerspace-1: 11135 H 30000

"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

İspaniya "Real Madrid"inin baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" hazırda 5 mütəxəssisi nəzərdən keçirir.

La Liqa təmsilçisi Karlo Ançelottinin mümkün istefasından sonra komandanın sükanı arxasına Raul Qonsale, Alvaro Arbeloa, Xabi Alonso, Tomas Tuxel və ya Yulian Nagelsmandan birini gətirməyi planlaşdırır.

Qeyd edək ki, Ançelottinin "Real Madrid"lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM