satellite   Azerspace-1: 11135 H 30000

“Qalatasaray” əfsanəsinin formasını hərracda “Fənərbağça” rəsmisi alıb

“Qalatasaray” əfsanəsinin formasını hərracda “Fənərbağça” rəsmisi alıb

Türkiyənin “Qalatasaray” klubunun əfsanəvi baş məşqçisi Fatih Terimin hərraca çıxarılan formasını əzəli rəqib “Fənərbağça”nın rəsmisi alıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, çox sayda qiymətli əşyaların satışa çıxarıldığı auksionda Terimin 5 nömrəli forması uğrunda yarışda “Fənərbağça” klubunun konqres üzvü Merve Mermer qalib gəlib.

Memar bu forma üçün 100 min lirə (9 min manat) ödəyib. Əldə edilən gəlir Kahramanmaraşda baş vermiş zəlzələdən əziyyət çəkən sağlamlıq məhdudiyyəti olan uşaqlara xərclənəcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində son məlumata görə, 44 374 nəfər ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM