satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan boksçusu beynəlxalq turnirin qalibi olub - FOTOLAR

Naxçıvan boksçusu beynəlxalq turnirin qalibi olub<font color=red> - FOTOLAR</font> Naxçıvan boksçusu beynəlxalq turnirin qalibi olub<font color=red> - FOTOLAR</font>

Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə boksçular arasında “Dracula Open” beynəlxalq turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, 25 ölkədən 361 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisi 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb. Bu medallardan 11-nə yeniyetmə boksçularımız sahib olub.

Naxçıvan Boks Federasiyasının idmançısı Elbrus Kərimli yeniyetmələrin yarışında 54 kq çəki dərəcəsində mübarizə aparıb. Millimizin üzvü dörddəbir final mərhələsində Yulian Buletiçana (Rumıniya) 3:2 hesabı ilə qalib gəldikdən sonra yarımfinalda yunan Angelos Karaitisi aşkar üstünlüklə (5:0) məğlub edib. Finalda yerli idmançı Kladio Çeraliunu ilə görüşən Elbrus Kərimli bu dəfə də rinqi tam üstünlüklə tərk edib. Nəticədə idmançımız karyerasında ilk dəfə iştirak etdiyi beynəlxalq səviyyəli yarışı qızıl medalla tamamlayıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM