satellite   Azerspace-1: 11135 H 30000

Belçikalı futbolçu Tobi Alderveyreld millimizə qarşı oynamayacaq

Belçikalı futbolçu Tobi Alderveyreld millimizə qarşı oynamayacaq

"Antverpen"in müdafiəçisi Tobi Alderveyreld Belçika millisindəki karyerasını başa vurub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında yazıb. Futbolçu Belçika millisində 127 oyuna 5 qol vurub, 12 qol ötürməsi edib. O, “Ayaks”, “Atletiko”, “Sauthempton” və “Tottenhem”də də çıxış edib.

Qeyd edək ki, Belçika millisi "Avro-2024"ün seçmə mərhələsində millimizlə birlikdə F qrupunda mübarizə aparacaq. Yığmamızın bu komanda ilə ilk oyunu sentyabrın 9-da Bakıda olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM