satellite   Azerspace-1: 11135 H 30000

“Mançester Siti” Xorvatiyadan 16 yaşlı futbolçunu transfer edir

“Mançester Siti” Xorvatiyadan 16 yaşlı futbolçunu transfer edir

İngiltərənin “Mançester Siti” klubu Xorvatiyadan 16 yaşlı futbolçu Luka Vuşkoviçi transfer etməyə hazırlaşır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında “Hayduk” klubu ilə danışıqların son mərhələdə olduğunu yazıb.

Məlumatda bildirilir ki, Vuşkoviçin komandası ilə müqavilə müddəti 2026-cı ilin yayına qədər olduğundan, “şəhərlilər” qarşı tərəfə yüksək məbləğdə məvacib ödəməyə hazırdırlar. Mərkəz müdafiəçisinin mövsümün sonunda İngiltərə təmsilçisinə keçidi gözlənilir.

Qeyd edək ki, Xorvatiyanın U-17 yığmasının formasını geyinən Luka Vuşkoviç “Hayduk”un U-19 komandasında çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM