satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” futbolçusunu Latviya klubuna icarəyə verib

“Neftçi” futbolçusunu Latviya klubuna icarəyə verib

Bakının “Neftçi” klubunun futbolçusu Ramin Nəsirli karyerasını Latviyada davam etdirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi kluba istinadla xəbər verir ki, gənc yarımmüdafiəçi “Dauqavpils” klubuna keçib.

İyirmi bir yaşlı oyunçu bu ilin sonunadək adıçəkilən komandaya icarəyə verilib.

Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olan R.Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb. O, Azərbaycanın U-21 millisinin üzvüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM