satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Çelsi” “Borussiya Dortmund”u mübarizədən kənarlaşdırıb

Çempionlar Liqası: “Çelsi” “Borussiya Dortmund”u mübarizədən kənarlaşdırıb

Bu gün çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, günün ikinci oyununda “Çelsi” öz meydanında “Borussiya Dortmund”u qəbul edib.

İlk oyunda səfərdə minimal hesabla (0:1) məğlub olan “Zadəganlar” Londonda bunun əvəzini artıqlaması ilə çıxıblar. Matç “Çelsi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 43-cü dəqiqəsində Rahem Sterlinq meydan sahiblərini önə çıxarıb. İkinci hissənin əvvəlində - 53-cü dəqiqədə isə Kay Havertz on bir metrlik cərimə zərbəsi ilə hesabı 2:0 edib.

Beləliklə, “Çelsi” adını dörddəbir finala yazdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM