satellite   Azerspace-1: 11135 H 30000

“Fənərbağça” Türkiyə kubokunun 7 qat qalibi olub

“Fənərbağça” Türkiyə kubokunun 7 qat qalibi olub

“Fənərbağça” Türkiyə Kubokunun finalında “İstanbul Başakşehir”ə qalib gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, İzmirdə keçirilən oyun “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə artıq matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb. Beləliklə, “Fənərbağça” tarixində 7-ci Türkiyə Kubokunu qazanıb.

“Fənərbağça” kuboku daha əvvəl 2012/2013-cü il mövsümündə qazanmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM