satellite   Azerspace-1: 11135 H 30000

Karateçimiz İrina Zaretska Yaponiyada bürünc medala sahib olub

Karateçimiz İrina Zaretska Yaponiyada bürünc medala sahib olub

Yaponiyanın Fukuoka şəhərində karate üzrə Premyer Liqa turnirinin üçüncü mərhələsinə yekun vurulub.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan təmsilçisi İrina Zaretska bürünc medal qazanıb.

Turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz üçüncü yer uğrunda görüşdə qazaxıstanlı Venera Jahibaevadan üstün olub.

Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş medalçısı turnirin Mərakeşdə təşkil olunan əvvəlki mərhələsində qızıl medal qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM