satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilə bilər

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilə bilər

Türkiyə millisi baş məşqçisi Ştefan Kuntsla yollarını ayıra bilər.

Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssisin taleyi AVRO-2024-ün seçmə mərhələsində Latviya və Uels ilə oyunlardan asılı olacaq.

Bu iki qarşılaşmadan birində xal itiriləcəyi təqdirdə almaniyalı baş məşqçi istefaya göndəriləcək.

Qeyd edək ki, Ştefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisində işləyir. İyunun 16-da Latviyanın qonağı olacaq "ay-ulduzlular" üç gün sonra Uelsi qəbul edəcək. Komanda seçmə mərhələnin I turunda Ermənistanı 2:1 hesabı ilə məğlub edib, növbəti görüşdə Xorvatiyaya uduzub - 0:2. Yığma D qrupunda 3 xalla 3-cü pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM