satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Yunayted" Keyn və Osimheni almaqdan imtina edib

"Mançester Yunayted" Keyn və Osimheni almaqdan imtina edib

İngiltərənin "Mançester Yunayted" klubu "Tottenhem"də çıxış edən Harri Keyni və İtaliya "Napoli"sində oynayan Viktor Osimheni almaqdan imtina edib.

Naxçıvan televiziyası "Daily Sport" nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hər iki oyunçunun transfer qiymətlərinin şişirdildiyini əsas gətirərək bu addımı atıb.

London təmsilçisi Keyn üçün 117 milyon avro, İtaliya çempionu isə Osimhenə görə 140 milyon avro istəyib.

"Mançester Yunayted"in yay transfer dönəmində əsas hədəfi İtaliya "Atalanta"sından Rasmus Hoylund olacaq. Klub 20 yaşlı hücumçu üçün 40-60 milyon avro ödəməyə hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM