satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirinin ikinci gününü medalsız başa vurublar

Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirinin ikinci gününü medalsız başa vurublar

Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük dəbilqə” turnirinin ikinci gününü medalsız başa vurublar.

Naxçıvan televiziyası xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə qoşulan 4 kişi cüdoçumuz uğursuz nəticə ilə yadda qalıb.

Millimizin üzvü Zelim Tçkayev (81 kq) dörddəbir finaladək irəliləsə də, əvvəlcə bu mərhələdə tacikistanlı Somon Mahmadbekova, daha sonra isə təsəlliverici görüşdə almaniyalı Dominik Resselə məğlub olub. Həmin çəki dərəcəsində çıxış edən digər idmançımız Məhərrəm İmamverdiyev 1/16 finalda uduzub.

Turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçilərimiz Telman Vəliyev və Rəşid Məmmədəliyev cəmi bir mərhələ adlaya biliblər və səkkizdəbir finalda turnirlə vidalaşıblar.

Qeyd edək ki, “Böyük dəbilqə” turnirinin ilk günündə cüdoçumuz Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb. Turnirə iyunun 18-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM