satellite   Azerspace-1: 11135 H 30000

Üçüncü Avropa Oyunlarında iştirak edəcək atletika üzrə millimizin heyətində məcburi dəyişikliklər edilib

Üçüncü Avropa Oyunlarında iştirak edəcək atletika üzrə millimizin heyətində məcburi dəyişikliklər edilib

Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək atletika üzrə Azərbaycan milli komandasının heyətində məcburi dəyişikliklər edilib.

Naxçıvan televiziyası Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, uzunluğa tullanma yarışlarında ölkəmizi təmsil etməli olan Nazim Babayev zədə səbəbindən yarışa qatıla bilməyəcək. İdmançı ötən həftə keçirilən Əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib. Müayinədən sonra atletin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib.

Onu Avropa Oyunlarında Kəsgin Abbaszadə əvəz edəcək. Son ölkə çempionatında yalnız N.Babayevdən geri qalan K.Abbaszadə 7,83 metr göstərici ilə U-20 və U-23 Azərbaycan rekorduna sahib çıxıb.

Bundan başqa, Əlhəm Nağıyev də eyni səbəbdən heyətdən kənarda qalıb. Polşada 100 və 200 metr məsafələrə qaçışda Aleksey Əliəkbərov mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM