satellite   Azerspace-1: 11135 H 30000

Ronaldu növbəti dəfə dünya futbolunun tarixinə düşüb

Ronaldu növbəti dəfə dünya futbolunun tarixinə düşüb

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu növbəti dəfə dünya futbolunun tarixinə düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, 38 yaşlı forvard yığmada 200 matç keçirən ilk oyunçu olub.

Təcrübəli hücumçu bunu səfərdə İslandiya ilə AVRO-2024-ün seçmə mərhələ görüşündə meydana çıxmaqla bacarıb.

Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisində 2003-cü ildə debüt edib. Yığmanın heyətində 122 qol vuran futbolçu Avropa çempionatının qalibi (2016) və Millətlər Liqasının qalibi (2018/2019) olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM