satellite   Azerspace-1: 11135 H 30000

Luis Suares səhhətindəki problemə görə karyerasını başa vurmaq istəyir

Luis Suares səhhətindəki problemə görə karyerasını başa vurmaq istəyir

Uruqvay millisinin futbolçusu Luis Suares karyerasını başa vurmaq istəyir.

Naxçıvan televiziyası "Esportes GZH" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu səhhətindəki problemlərə görə bu addımı ata bilər.

Təcrübəli forvard artıq çıxış etdiyi Braziliyanın "Qremio" klubunu məlumatlandırıb. A Seriyası təmsilçisi isə Suaresin başqa klubla müqavilə imzalayacağı təqdirdə, ondan təzminat almaq niyyətindədir.

Qeyd edək ki, Luis Suaresin sözləşməsi 2024-cü ilin yayında başa çatmalıdır. O, karyerası ərzində Niderlandda "Ayaks", İngiltərədə "Liverpul" və İspaniyada "Barselona" kimi komandaların formasını geyinib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM