satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan karateçiləri beynəlxalq turnirdə 12 medal qazanıblar

Naxçıvan karateçiləri beynəlxalq turnirdə 12 medal qazanıblar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Gürcüstanın Batumi şəhərində "İnternational Batumi Open" beynəlxalq karate turniri keçirilib. Yarışa 10 ölkədən 250-yə yaxın idmançı qatılıb. 

Turnirə qatılan muxtar respublika karateçiləri Azərbaycanı uğurla təmsil etməyə müvəffəq olub. İdmançılarımız 5-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla, ümumilikdə 12 medal qazanıblar. 

Təmsilçilərimizdən ən yaxşı nəticəni Nizami Orucov göstərib. O, 10-11 yaşlılarda 2 qızıl, 1 gümüş medal qazanıb. Həmçinin Qafar Hüseynov, Əli Bayramov, Xədicə Bayramova da qızıl medal sevinci yaşayıb, eləcə də digər idmançımız Nərgiz Həsənli ilə birgə müxtəlif əyarlı medallar əldə ediblər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM