satellite   Azerspace-1: 11135 H 30000

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu dünya rekordu müəyyənləşdirib

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu dünya rekordu müəyyənləşdirib

“Əl-Nəsr” klubunun və Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu “Euro-2024” seçmə mərhələsində İslandiyaya qarşı meydana çıxıb və milli komandada keçirdiyi oyunların sayına görə dünya rekordu müəyyənləşdirərək adını “Ginnesin rekordlar kitabı”na yazdırıb.

Naxçıvan televiziyası xəbər verir ki, oyundan öncə Kriştianu Ronalduya yığma komandanın tərkibində 200 matçda meydana çıxan ilk futbolçu kimi “Ginnesin rekordlar kitabının” sertifikatı təqdim olunub.

2003-cü ildə Portuqaliya yığmasının heyətində debüt edən futbolçu milli komandada karyerası ərzində 122 qol vurub və 43 məhsuldar ötürmə edib. Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid”, İtaliyanın “Yuventus” klublarında çıxış edən hücumçu 2023-cü ildən Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna transfer olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM