satellite   Azerspace-1: 11135 H 30000

Fransanın Jardin şəhərində Azərbaycanı təmsil edən idmançımız qalib olub

Fransanın Jardin şəhərində Azərbaycanı təmsil edən idmançımız qalib olub

Fransanın Jardin şəhərində CDİ3* kateqoriyalı atçılıq idmanının dresaj növü üzrə beynəlxalq yarış keçirilib.

Bu barədə Naxçıvan televiziyası-a Azərbaycan Atçılıq Federasiyasından məlumat verilib.

Almaniya, Fransa, Belçika, Böyük Britaniya, Niderland kimi 20-dən çox ölkədən idmançıların iştirak etdiyi mötəbər yarışda Azərbaycanı Aqata və Karina Zəhrabəyovalar təmsil ediblər. Aqata Zəhrabəyova yarışa “RM Golden Showman”, Karina Zəhrabəyova isə “Ein Stern” və “Delicato 2” atları ilə qatılıblar.

Gərgin keçən mübarizədə Aqata Zəhrabəyova üç yarışda 70 faizdən çox xal toplayaraq ilk üçlükdə qalmağı bacarıb, Karina Zəhrabəyova isə həftəyə 74 faizdən çox xalla yekun vuraraq “Junior Freestyle” yarışının qalibi olub.

Tədbirin sonunda qaliblər pul mükafatı, medal və kuboklarla təltif ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM