satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” klubu baş məşqçi Laurentsiu Regekampf ilə yollarını ayırıb

“Neftçi” klubu baş məşqçi Laurentsiu Regekampf ilə yollarını ayırıb

“Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının qərarı ilə əsas komandanın baş məşqçisi Laurentsiu Regekampf, köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu barədə Naxçıvan televiziyası-a klubun mətbuat xidmətindən məlumat verilib.

Yeni baş məşqçi haqqında ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf 2022/2023-cü il mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM